27.02.2024

İnformatika müəllimləri ilə görüş keçirilib

Şəmkir rayonu üzrə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən informatika müəllimləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov informatika müəllimlərinin gördükləri işlərdən, informatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsindən, rəqəmsal bacarıqların öyrədilməsi zərurətindən danışıb.

Daha sonra müəllimləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,