26.02.2024

Xocalı soyqırımı qurbanları anılıb

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Xocalı soyqırımı qurbanları anılıb.

Tədbirlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirlərdə böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Xocalı faciəsinin Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutduğu, onun dünyaya tanıdılması işinin dövlətimizin daim diqqət mərkəzində olduğu bildirilib.

Həmçinin, Xocalı soyqırımına həsr olunan xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.


Açar sözlər: ,