26.02.2024

İşə qəbul üzrə test imtahanı mərhələsi keçiriləcək

GÇHR, psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

Martın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan kitabxanaçı, psixoloq və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri (GÇHR) vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

İmtahan saat 10:00-da Şəmkir şəhəri F.Salmanov adına tam orta məktəbdə (ünvan: Şəmkir şəhəri Şıxəli Qurbanov küçəsi 1) keçiriləcək.

Test imtahanında namizədlərə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na müvafiq olaraq qanunvericilik üzrə 20 sual, İKT bacarıqlarının yoxlanılması və məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.


Açar sözlər: ,