26.02.2024

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 843 şagird Respublika fənn olimpiadalarında iştirak edib.

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.


Açar sözlər: ,