22.02.2024

"Mənim ana dilim" adlı intellektual yarış təşkil edilib

Fevralın 21-də Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Mənim ana dilim" adlı intellektual yarış təşkil edilib.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında elmin nüfuzunu artırmaqdan, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Yarışda Tovuz rayon ümumtəhsil məktəblərindən 26 komanda iştirak edib.

Üç turdan ibarət olan yarışın nəticələrinə əsasən Bayramlı kənd Z.Yusifov adına tam orta məktəbin komandası l, Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbin komandası ll, Əyyublu kənd S.İskəndərov adına tam orta məktəbin komandası lll yerə layiq görülüb.


Açar sözlər: ,