20.02.2024

Bir qrup müəllimin təltif edilməsi mərasimi keçirilib

Bir qrup müəllimin təltif edilməsi mərasimi keçirilib.

Təltif edilmə mərasiminda Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, regionu əhatə edən ümumi təhsil müəssisələrindən müəllimlər iştirak ediblər.

Təltif olunan müəllimlərin uğurlu təcrübələrini çalışdıqları təhsil müəssisələrində öz həmkarları arasında bölüşmələrinin vacibliyindən bəhs edən idarə müdiri bunun ümumilikdə təhsilimiz üçün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonra təltif edilən müəllimlər göstərilən qayğı və diqqətə görə öz təşəkkür və minnəttarlığını bildiriblər.

Daha sonra "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” və “Fəxri Fərman”lar müəllimlərə təqdim edilib.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir sıra təhsil işçisi təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” və “Fəxri Fərman”la təltif edilib.


Açar sözlər: ,  ,