19.02.2024

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının qalibi ilə görüş keçirilib

Fevralın 19-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasında III yerə layiq görülən Ağstafa rayon Poylu qəsəbə tam orta məktəbin şagirdi Nihat İsmayılovla görüşüb.

Görüşdə idarə əməkdaşları və şagirdin valideynləri iştirak ediblər. Arslan Hacıyev Nihat İsmayılovu təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb, həmçinin, son illərdə təhsil sahəsində şagirdlərin bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib.

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasında III yerə layiq görülən Nihat İsmayılov öz üzərində daha yaxşı çalışaraq uğur əldə etdiyini bildirib. Əsas məqsədinin isə fənn olimpiadalarında iştirak edərək uğur qazanmaq olduğunu söyləyib.

Sonda şagirdə “Diplom”, medal və hədiyyə təqdim edilib.


Açar sözlər: ,