16.02.2024

"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbirlər təşkil edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbirlər təşkil edilib.

Tədbirlərin keçirilməsində məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

Tədbirlər zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilir, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunur.

Görüşlərdə şagirdlərin çoxsaylı sualları cavablandırılır.


Açar sözlər: ,  ,