14.02.2024

14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir.

Tədbirlərdə şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verilib. Şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirlərdə şagirdlər və müəllimlər biri-birinə kitab hədiyyə ediblər.


Açar sözlər: