13.02.2024

Psixoloqlarının yarımillik hesabatları dinlənilib

Ağstafa rayon ümumi təhsil müəssisələrinin psixoloqlarının yarımillik hesabatları dinlənilib.

Hesabat iclasında Ağstafa rayonu üzrə təhsil sektorunun əməkdaşları və məktəb psixoloqları iştirak ediblər.

Çıxış edən psixoloqlar məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasında psixoloqların rolundan danışıblar, həmçinin uşaqların müdafiəsi və təhlükəsizliyi, gördükləri işlər barəsində məlumat veriblər.

Sektor müdiri Mədəd Zeynalov məktəb psixoloqlarının işlərinin səmərəli təşkili və illik fəaliyyətlərinin planlaşdırılması ilə bağlı bu cür hesabatların dinlənilməsinin vacibliyini iclas içtirakçılarının diqqətinə çatdırıb.

Sonda qarşılıqlı müzakirələr aparılıb, psixoloqları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: