Fevralın 12-də Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Respublika Fənn Müsabiqələrinə hazırlaşan şagirdlər üçün sınaq imtahanı keçirilib.
İmtahanda 5, 6 və 7-ci sinif şagirdləri iştirak ediblər. 5-ci sinif şagirdlərinə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası üzrə 30 sual, 6 və 7-ci siniflərə isə kimya, biologiya, riyaziyyat və təbiət fənlərindən 40 sual təqdim edilib.
Nəticələr yoxlandıqdan sonra şagirdlərə təqdim ediləcək.