09.02.2024

Tərbiyəçiləri üçün təlimlər təşkil edilib

Şəmkir rayonu üzrə təhsil sektoru tərəfindən “İcma Əsaslı Məktəbəqədər Təhsilin İnkişafı” layihəsi ilə əməkdaşlıq çərçivəsində rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün təlimlər təşkil edilib.

Təlimlər məktəbəqədər təhsildə məşğələlərin planlaşdırılması, qiymətləndirmə və guşələrin təşkili mövzularını əhatə edib. Təlimlərdə 60 nəfər tərbiyəçi iştirak edib.

Tərbiyəçilərlə yanaşı həmçinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün ərzaq məhsullarının saxlanması, istifadəsi, ərzaq tələbatının müəyyən edilməsi və silinməsi mövzularında təlimlər keçirilib.