Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsinə start verilir.
Müsahibədə iştirak etmək istəyən namizədlər (2023-cü ildə müsabiqənin test mərhələsində iştirak etmiş və 2022-ci ildə müsabiqəni uğurla keçmiş) 09 fevral 2024-cü il, saat 23:59-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/GQ8JrPhxQem9hv5S6
Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər (Namizədin topladığı bal 1 il üçün keçərlidir).
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə vakant yerlərin siyahısı: https://drive.google.com/.../1XUL82ss83Yc.../view...