05.02.2024

Şagirdlər üçün sınaq imtahanı təşkil olunub

Şəmkir rayonu üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində iştirak edəcək şagirdlər üçün sınaq imtahanı təşkil olunub.

İmtahanda aşağı (8 və 9-cu sinif) və yuxarı (10 və 11-ci sinif) yaş qrupu şagirdlərə Azərbaycan dili və ədəbiyyat, tarix, kimya, fizika, biologiya və riyaziyyat fənlərindən 30 sualdan ibarət test kitabları təqdim edilib.

İmtahan Şəmkir şəhərində yaradılan olimpiada mərkəzində keçirilib. İnformatika fənnindən yarımfinalda iştirak edəcək şagirdlər üçün sınaq kompüterlərdə təşkil olunub.

Qeyd edək ki, nəticələr yoxlanıldıqdan sonra şagirdlərə təqdim ediləcək.


Açar sözlər: ,  ,