Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə gənc təhsil işçiləri ilə görüş keçirilib.
İdarə müdiri Arslan Hacıyev gənc təhsil işçilərini təbrik edərək 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Günü Ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.
İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb.
Görüşdə iştirak edən gənc təhsil işçiləri göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd etdilər.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda fəaliyyəti ilə seçilən gənc təhsil işçilərinə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən “Təşəkkürnamə” və hədiyyələr təqdim edilib.