31.01.2024

Qazax rayon ümumi təhsil müəssisələrində görüşlər keçirilib

Yanvarın 31-də Qazax rayon ümumi təhsil müəssisələrində görüşlər keçirilib.

Görüşlərdə məktəblərin pedaqoji kollektivləri, valideyn komitələrinin nümayəndələri və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.

Qazax Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Ramin Sadıqov ümumi təhsil müəssisələrində təhlükəsiz mühitin təşkili, müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi, risk qrupuna daxil olan uşaqlarla söhbət, zərərli vərdişlər və s. məsələlər barədə geniş məlumat verib.

Görüşlərdə mövzu ilə bağlı çıxışlar dinlənilib və suallar cavablandırılıb.


Açar sözlər: ,