30.01.2024

“Rəqəmsal gələcəyə addım” müsabiqəsinin final mərhələsinə çıxanlar bəlli olub

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin şagirdləri Raul Əsgərov, Ruhin Əsgərli, Heydarov Zeyd "Kod saatı" hərəkatı çərçivəsində həyata keçirilmiş “Rəqəmsal gələcəyə addım” müsabiqəsində uğur qazanaraq final mərhələsinə vəsiqə qazanıblar.

“Rəqəmsal gələcəyə addım” müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır. 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində informatika fənninin yeni formatda tədrisinə başlanılıb. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. 

Məlumat üçün bildirirk ki, “Rəqəmsal bacarıqlar” layihəsi Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 32 ümumi təhsil müəssisəsində tətbiq edilir.


Açar sözlər: ,