29.01.2024

"Toontastic 3D - mənim animasiyalı dünyam" layihəsinin bağlanış mərasimi keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olan "Toontastic 3D - mənim animasiyalı dünyam" layihəsinin bağlanış mərasimi keçirilib.

Şagirdlərdə öyrənmə motivasiyasını, idrak fəaliyyətlərini, yaradıcılıqlarını, bədii zövq, İT-kompetensiyalarını formalaşdırmaq məqsədilə toontastik tətbiqindən istifadə edərək real animasiya filmlərini yaratmaq layihənin əsas məqsədidir.

Qeyd edək ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbin direktoru Leyla Allahverdiyevanın “Toontastic 3D- mənim animasiyalı dünyam!” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "fərdi" kateqoriyası üzrə qrant qazanmışdır.


Açar sözlər: