Yanvarın 18-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş müəllimlərlə görüş keçirilib.
İdarə müdiri Arslan Hacıyev müəllimləri təbrik edib, onlara müvafiq tövsiyələrini çatdırıb.
Daha sonra müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildiririk ki, 2023-2024-cü tədris ilində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən daimi əsaslarla 308 nəfər müəllim təyin edilib.