Yanvarın 15-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktor müavinləri və təşkilatçılarla görüş keçirilib.
İdarə müdiri Arslan Hacıyev direktor müavinləri və təşkilatçıları təbrik edib, onlara müvafiq tövsiyələrini çatdırıb.
Daha sonra direktor müavinləri və təşkilatçıları maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildirik ki, 2023-2024-cü tədris ilində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə 30 nəfər direktor müavini və təşkilatçı müavin təyin edilib.