08.01.2024

Buraxılış fənləri üzrə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib

Yanvarın 7-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə regionu əhatə edən ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri arasında buraxılış fənləri üzrə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.

Monitorinqin keçirilməsində məqsəd şagirdləri buraxılış imtahanına hazırlamaq, onların hazırlıq səviyyəsini öyrənmək və təlim nəticələrini təhlil etməkdir.

150 dəqiqə davam edən monitorinqdə şagirdlərə buraxılış fənləri üzrə 85 sual təqdim edilib.

İmtahanda Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən ümumi təhsil müəssisələrindən 7 953 şagird iştirak edib.

Monitorinqin nəticələri yoxlanıldıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək.


Açar sözlər: ,