Yanvarın 8-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Müsahibəyə müsabiqənin test imtahanı mərhələsində ən yüksək bal toplamış namizədlər dəvət olunub.
Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.
Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər 1 (bir) il müddətində gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər.