Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.
Tədbirlərdə uşaqlara və məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq verdiyi qərara əsasən təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük coşqu ilə qeyd olunduğu vurğulanıb. Bildirilib ki, həmrəylik ideyası milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir amal ətrafında birləşməsində əvəzsiz rola malikdir.
Tədbirlərdə balaca fidanlar və şagirdlər Azərbaycana, vətənpərvərliyə həsr edilmiş şeirlər söyləyiblər. Maraqlı kompozisiyalar, Yeni il səhnəcikləri, rəqs və mahnılar iştirakçılara xoş ovqat bəxş edib.