26.12.2023

"Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsi çərçivəsində "Açıq qapı" günü keçirilib

Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəb-liseydə Elm və Təhsil Nazirliyi və "Alqoritmika" şirkətinin təşkilatçılığı ilə Kod saatı "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsi çərçivəsində "Açıq qapı" günü keçirilib.

Tədbir iki hissədən ibarət olmaqla təşkil edilib. Birinci hissədə 09:30-dan 13:00-dək kompüter və internet ilə təchiz olunmuş informatika otaqlarında Alqoritmika platformasında kodlaşdırma sessiyaları keçirilib. İkinci hissədə isə məktəbin akt zalında 15:00-17:00-dək İT mütəxəssislərin iştirakı ilə şagirdlər üçün maarifləndirici seminar və bədii proqram keçirilib. Rayonun 11 ümumi təhsil müəssisəsindən 500 şagirdin iştirak edib.

Qeyd edək ki, Kod saatı: "Rəqəmsal Bacarıqlar" layihəsi, cari ildə 410000-ə yaxın şagirdi əhatə edib, 29000-ə yaxın şagird isə Kod Saatı: “Rəqəmsal gələcəyə addım” müsabiqəsinə qoşulub. Rəqəmsal bacarıqlar təkcə gələcəyin deyil, həm də günümüzün tələbidir.

"Kod saatı" hərəkatının əsas məqsədi İT sahəsini məktəblilər arasında təşviqat aparmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etməkdir.


Açar sözlər: