Dekabrın 24-də Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
Olimpiadalarda Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən mərkəzlər üzrə 4437 nəfər şagird iştirak edib.
IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə təşkil olunub. Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 16 dekabrda, X-XI siniflər üçün 17 dekabrda təşkil olunub.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə fənlərə olan marağı artırmaq, özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkara çıxarmaq, onların potensial imkanlarının inkişafına təkan vermək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına zəmin yaratmaqdan ibarətdir.