Şəmkir, Qazax və Ağstafa rayonlarında nəticələri zəif olan ümumi təhsil müəssisələrinin direktorları ilə görüşlər keçirilib.
Görüşlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, müdir müavini Nizaməddin Babanlı, Tədrisin keyfiyyəti sektorunun müdiri İbrahim Həsənov, Şəmkir, Qazax və Ağstafa rayonları üzrə təhsil sektorlarının əməkdaşları və məktəb direktorları iştirak ediblər.
İdarə müdiri ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ilində əldə etdiyi nəticələrə toxunub. Tədrisin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu qeyd edib, həmçinin tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra qarşıda duran məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
Görüşlərin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına, tədris prosesinin düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunmasına və ümumi təhsilin məqsədyönlü inkişafına nail olmaqdan ibarətdir.
Qeyd edək ki, belə görüşlərin Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə etdiyi digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulub.