21.12.2023

Sertifikatlaşdırılma prosesinə cəlb ediləcək təhsilverənlərlə görüş keçirilib

Dekabrın 21-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə sertifikatlaşdırılma prosesinə cəlb ediləcək təhsilverənlərlə görüş keçirilib.

Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları və Şəmkir rayon ümumi təhsil müəssisələrində çalışan 220 nəfər fənn müəllimi iştirak edib.

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib, bir sıra müzakirələr aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,