Şəmkir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvü Bəyazi Zeynalov, Gədəbəy rayon Şəkərbəy kənd A.Ələkbərov adına tam orta məktəbin 7-ci sinif şagirdi Yeganə Salehova və Tovuz rayon Alakol kənd N.Sadıqov adına tam orta məktəbin 10-cu sinif şagirdi Şəhanə Rəhimova "Fövqəladə hallar uşaqların gözü ilə" yaradıcılıq müsabiqəsində rəsm nominasiyası üzrə qalib olublar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.