18.12.2023

"Böyük azərbaycanlı Heydər Əliyev" adlı tədbir keçirilib

Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Böyük azərbaycanlı Heydər Əliyev" adlı tədbir keçirilib.Tədbirdə məktəbin müəllimşagird kollektivi,valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəfa Tağıyeva Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, qeyd edib ki, əsasən də məktəb uşaqları gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını, prinsipiallığını örnək almalıdır.

Sonra şagirdlərin ifasında şeirlər, musiqilər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.

Tədbirin sonunda Ulu öndər Heydər Əliyev haqqında film izlənilib.


Açar sözlər: ,  ,