Dekabrın 11-i və 12-si tarixlərində ümumi təhsil müəssisələrində vakant olan katibə-kargüzar vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Müsahibə mərhələsində müsabiqənin test imtahanı mərhələsində uğur qazanan 26 namizəd iştirak edib.
Müsahibədə namizədlərin müvafiq sahə üzrə nəzəri bilikləri, şəxsi keyfiyyətləri və İKT bacarıqları yoxlanılıb.
Qeyd edək ki, müsahibənin nəticələri namizədlərin əlaqə nömrələrinə göndərilib.