Dekabrın 12-də Tovuz rayonunda yerləşən və 9-cu siniflər üzrə nəticələri zəif olan məktəblərin direktorları ilə görüş keçirilib.
Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı çıxış edərək məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün qarşıya qoyulmuş hədəflərdən və prioritet istiqamətlərdən bəhs edib.
Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.