Dekabrın 11-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan katibə-kargüzar vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
Müsahibəyə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış 26 namizəd dəvət edilmişdir. Bu barədə məlumat namizədlərin əlaqə nömrələrinə göndərilmişdir.
Müsahibə Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında (Şəmkir şəhəri, Nizami küçəsi 71) keçiriləcəkdir.
Müsahibədə namizədlərin şəxsi keyfiyyətləri, müvafiq sahə üzrə nəzəri bilikləri və İKT bacarıqları yoxlanılacaqdır.