Dekabrın 6-da Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.
Qəbulda idarənin müdir müavini ilə bərabər Ağstafa, Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayonları üzrə təhsil sektorlarının müdirləri və əməkdaşları da iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu davamlı olaraq keçirilir.