Qazax rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə bir il ərzində işlə təmin olunan şəhid ailə üzvləri, qazi və veteranlara görüş keçirilib.
Qazax rayonu üzrə təhsil sektorunun müdiri Ruslan Rzayev şəhid və qazilərimizin şərəfli döyüş yolundan söz açıb, onların qəhrəmanlığından bəhs edib.
Sonra işlə təmin edilən şəxlər çıxış edərək göstərilən qayğı və diqqətə görə öz təşəkkürlərini çatıblar.
Məlumat üçün bildiririk ki, bir il ərzində Qazax rayon təhsil müəssisələrində 13 nəfər şəhid, 5 nəfər qazi, 6 nəfər müharibə iştirakçısının ailə üzvləri və 4 nəfər müharibə iştirakçısı müvafiq işlərlə təmin edilib.