04.12.2023

“Kəndə STEAM gəlir" layihəsinin açılış mərasimi keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi “Kəndə STEAM gəlir" layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Ağstafa rayon ümumi təhsil müəssisələrindən direktor və müəllimlər, şagirdlər iştirak ediblər.

Layihənin əsas məqsədi riyaziyyat, informatika, texnologiya, fizika, kimya, biologiya, coğrafiya müəllimlərinin və VI-VII sinif şagirdlərinin STEAM bilik və bacarıqlarına yiyələnərək bu istiqamətdə praktik fəaliyyətlərə cəlb etməkdir.

Qeyd edək ki, Vüsalə Salahovanın rəhbərlik etdiyi layihə Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbdə icra olunur.


Açar sözlər: ,  ,