04.12.2023

 “Biz də hamı kimiyik” mövzusunda tədbirlər keçirilib

Şəmkir rayon ümumi təhsil müəssisələrində “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar “Biz də hamı kimiyik” mövzusunda tədbirlər keçirilib.

Tədbirlərdə PTPK üzvləri, sağlamlıq imkanları məhdud şagirdlər, valideynlər və müəllimlər iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan insanlara dəstək göstərmək, bu kateqoriyadan olanların hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.

Tədbirlərdə "Beynəlxalq Əlillər Günü"nün qeyd edildiyi dünyada minlərlə sağlamlıq imkanları məhdud olan insanın yaşadığı və onlara xüsusi qayğı göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.


Açar sözlər: ,