02.12.2023

Katibə-kargüzar vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Dekabrın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan katibə-kargüzar vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

İmtahanda 88 nəfər namizəd iştirak edib.

Namizədlər 80 dəqiqə ərzində İKT biliklərinin yoxlanılması və məntiq üzrə hər birinə aid 20 sual olmaqla, ümumilikdə 40 test tapşırığı cavablandırıblar.

İmtahanın nəticələri barədə məlumat namizədlərin əlaqə nömrələrinə sms vasitəsilə göndəriləcək.


Açar sözlər: ,