Payız-qış mövsümü ilə əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
Məlumat üçün bildiririk ki, təhsil müəssisələrindən 227-si təbii qaz, 35-i dizel, 23-ü elektrik enerjisi ilə işləyən istilik sistemi, 49-u odun və 169-u isə pelet sobaları ilə qızdırılır.