Noyabrın 28-də Gədəbəy rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 4-cü siniflərdə monitorinq təşkil edilib.
Gədəbəy rayonu üzrə təşkil edilmiş 4 imtahan mərkəzində ümumi təhsil müəssisələrindən 792 nəfər şagird iştirak edib.
Şagirdlərə Azərbaycan dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı, 3 açıq sual təqdim edilib.
Cavablar yoxlanıldıqdan sonra məktəblərə bildiriləcək.