27.11.2023

“Tarixi abidələrimizin təbliğində təhsilin rolu” adlı intellektual yarış təşkil edilib

Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa rayonu üzrə təhsil sektoru və Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə müəllimlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi abidələrimizin təbliğində təhsilin rolu” adlı intellektual yarış təşkil edilib.

Yarışda Ağstafa rayon ümumi təhsil müəssisələrindən 32 komanda iştirak edib. Müəllimlərə Ulu Öndər Heydər Əliyevin siyasətində Azərbaycanın tarixi abidələri, işğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin, o cümlədən bölgəmizin tarixi irsinə həsr olunmuş 50 sual təqdim edilib. Nəticələrə əsasən Muğanlı kənd tam orta məktəbin komandası l, Aşağı Göycəli kənd tam orta məktəbin komandası ll, Poylu kənd tam orta məktəbin komandası lll yerə layiq görülüb.


Açar sözlər: ,