06.11.2023

"Mən və mənim əhatəm" mövzusunda söhbət aparılıb

Noyabrın 6-da Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyin 8-ci sinif şagirdlərinin oğlanları və qızları ilə "Mən və mənim əhatəm" mövzusunda söhbət aparılıb.

Məktəbin biologiya müəllimi Ramiyyə Əliyeva mövzu haqqında şagirdlərə geniş məlumat verib. Söhbət zamanı şagirdlərə dostluğun seçici xarakter daşıması, əhatə də olan insanların düzgün seçilməsi, yeniyetmə oğlan və qızlar arasında ünsiyyət və münasibətin yoldaşlıq zəminində qurulması mövzusu müzakirə olunub. Şagirdlərə dostluq, dostluğa verilən tələblər, yeniyetmə oğlan və qızlar arasında dostluq münasibətlərinin mahiyyəti barədə məlumat verilib.

Söhbətin sonunda şagirdlərin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,