24.11.2023

“Bizim bağça” adlı rubrikaya start verilir

 

“Bizim bağça” rubrikası çərçivəsində Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasından olan görüntüləri təqdim edirik.

Rubrikanın həyata keçirilməsində məqsəd məktəbəqədər yaş dövründə olan uşaqların tədris-təlim prosesində fiziki, psixoloji, sosial-emosional, intellektual inkişaf və qidalanması barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Məlumat üçün bildirik ki, Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçası 5 qrupludur. Burada 100 nəfərə yaxın uşağın təlim-tərbiyəsilə 11 nəfər pedaqoji, 13 nəfər texniki heyət məşğul olur.