Noyabrın 23-də Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseydə “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd təhsil sahəsində korrupsiya hüquqpozmalarının qarşınını almaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək, bu barədə təhsilverənləri və təhsilalanları məlumatlandırmaqdır.
Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Bayram Əmiraslanov məktəbdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparıldığını və təlimatlandırıcı tövsiyələr verildiyini bildirib. Həmçinin korrupssiyanın törətdiyi faciələr, xoşagəlməz hadisələrdən, təhsil sahəsində korrupsiya hüquqpozmaları və digər qanun pozuntulardan bəhs edib.
Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.