Qazax rayon ümumi təhsil müəssisələrində “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici söhbətlər təşkil olunub.
Tədbirlərin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Tədbirlər zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilir, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə işləri aparılıb.