Gədəbəy Rayon İcra Hakimiyyəti, Gədəbəy rayonu üzrə təhsil sektoru, Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektoru və Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə", Dini radikalizmə qarşı mübarizə" və "Azyaşlılar arasında erkən nikah hallarının qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirilib.
Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirdə müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, erkən nikahın qarşını almaq, dini radikalizmdən şagirdləri qorumaq, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Çıxış edənlər, narkotik vasitələrin ziyanlarından, istənilən tütün məmulatlarının orqanizmdə yaratdığı fəsadlardan, şagirdləri dini radikalizminin zərərlərindən qorumaqdan danışıblar.
Həmçinin qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, psixoloji vəziyyətlərinə mənfi təsir göstərdiyini qeyd ediblər.
Tədbirin sonunda şagirdlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.