16.11.2023

8 komanda Beynəlxalq SAF 2023 final mərhələsində iştirak edəcələr

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 8 komanda Beynəlxalq SAF 2023 seçim turunda müxtəlif kateqoriyalar üzrə uğur qazanaraq final mərhələsində iştirak hüququ qazanıblar. Komandalar aşağıdakılardır:

 

  1. Vidx kateqoriyası üzrə - Tovuz rayonunun Story girls Tovuz komandası;
  2. FLL explore kateqoriyası üzrə - Tovuz rayonunun Flowers Tovuz komandası;
  3. Engineers of Future kateqoriyası üzrə - Tovuz rayonunun Propolis Tovuz komandası;
  4. Robokids kateqoriyası üzrə - Qazax rayonun Thinking minds komandası;
  5. FLL explore kateqoriyası üzrə - Şəmkir rayonunun Robotrix komandası;
  6. Mechatronics kateqoriyası üzrə - Şəmkir rayonunun Şəmkir mühəndisləri komandası;
  7. Flytech kateqoriyası üzrə - Şəmkir rayonunun Best Team komandası;
  8. Robokids kateqoriyası üzrə - Şəmkir rayonunun Rainbow komandası.

Qeyd edək ki, Beynəlxalq SAF 2023 final mərhələsi 4-8 dekabr tarixlərində keçiriləcək. SAF-ın əsas məqsədi müxtəlif ideyaları reallaşdırmaq, müxtəlif həll yollarını araşdırmaq, istedadlı tələbələri üzə çıxarmaq və tələbələr arasında yeni əməkdaşlıqlara şərait yaratmaqdır.