Noyabrın 15-dən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində payız-qış mövsümünə başlanılıb.
Təhsil müəssisələrindən 227-si təbii qaz, 35-i dizel, 23-ü elektrik enerjisi ilə işləyən istilik sistemi, 49-u odun və 169-u isə pelet sobaları ilə qızdırılır.
Təhsil müəssisələrinin qazanxanalarında payız-qış mövsümünə hazırlıq məqsədilə testlər aparılıb və hazırda da mövcud nasazlıqların aradan qaldırılması üçün müvafiq monitorinqlər davam etdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin dağlıq rayonlarla bağlı təsdiq etdiyi qaydalara əsasən noyabrın 1-dən Gədəbəy rayonunun təhsil müəssisələri istiliklə təmin edilib.