Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” ilə əlaqədar 7-ci siniflərdə şagirdlərlə maarifləndirici söhbət aparılıb.
Söhbət zamanı şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.