Gədəbəy rayonu üzrə təhsil sektorunun və Gədəəby rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib.
Çıxış edənlər “Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Azərbaycan müəlliminin qarşısında duran ən mühüm vəzifələrdən birinin gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək olduğunu, onların qalib ordunun təmsilçisi kimi şagirdlərinin təkcə müəllimi yox, həm də canlı qəhrəmanı olduqlarını nəzərə çatdırıblar. Cəbhədə öz şücaəti ilə seçilən müəllimlərin bundan sonra tədrisdə də fərqli və yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinə inandıqlarını bildiriblər.
Müharibə zamanı keçdikləri döyüş yolundan danışan müəllimlər qeyd edib ki, Azərbaycanın müdafiə potensialının formalaşması və hazırlıqlı gənclərin yetişdirilməsi baxımından müəllimlərin də qarşısında mühüm vəzifələr durur.