06.11.2023

"Zəfər Günü"nə həsr edilmiş güləş idman növü üzrə açıq rayon birinciliyi təşkil edilib

Şəmkir Rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin və Şəmkir rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Zəfər Günü"nə həsr edilmiş güləş idman növü üzrə açıq rayon birinciliyi təşkil edilib. Rayon birinciliyində 20 komanda mübarizə aparıb. Gərgin mübarizədən sonra Şəmkir güləş komandası I, Şəmkir güləş komandası II, Yevlax güləş komandası isə III yeri qazanıblar.

Qaliblər medal və diplomlarla təltif ediliblər.


Açar sözlər: ,